Sosial
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara bu qədər ziyan dəydi
Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 71 940 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
"Bu, Bakı şəhəri Xətai rayonu Vunqtau küçəsi, Sumqayıt şəhəri 4-cü məhəllə və Abşeron rayonu Masazır qəsəbəsi Rafiq Dünyamalıyev küçəsində ağacların qanunsuz kəsilməsi nəticəsində olub.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib", - məlumatda qeyd olunub.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)
















.png)


.jpg)












