Sosial
FHN 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzində təlim keçirdi
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzində “Baş vermiş fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması” mövzusunda təlim keçirilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, təlimdə FHN-in aidiyyəti yerli strukturlarının müvafiq qüvvələri və Sumqayıt şəhər Polis idarəsinin, Sumqayıt Şəhər Təcili Yardım Stansiyasının və 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzinin əməkdaşları iştirak edib.
Təlimin keçirilməsində məqsəd 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzinin kollektivinə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi, həmçinin xilasetmə işlərinin təşkili üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə mərkəzin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlim zamanı şərti yanğın baş vermiş mərkəzdə köməksiz vəziyyətdə qalmış “zərərçəkmişlər” xilas edilib, onlara “ilkin yardım göstərilib”, həmçinin baş vermiş “yanğın qısa müddətdə söndürülüb”.
Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə edilib, müvafiq tapşırıqlar verilib.
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya9 Noyabr 13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə















.jpg)










.jpg)






.jpg)



