Sosial
Azərbaycana bu iki ölkədən daha çox turist gəlir - Vüqar Bayramov
Bu ilin ilk 7 ayında Azərbaycana gələn turistlərin sayı 1 milyon 342 min olub. Tursitlərin təxminən yarısı iki ölkəni təmsil edirlər. Belə ki, gələnlərin 28,3 faizi Rusiya, 20,0 faizi isə Türkiyə vətəndaşlarıdır".
Publika.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında deyib. O bildirib ki, gəlmə turizimdə diqqəti çəkən məqamlardan biri də Türk dövlətlərindən gələnlərin sayındakı dəyişiklikdir:
"Belə ki, bu müddətdə Azərbaycana gələn turistlərin 30 faizi Türk dövlətlərinin vətəndaşlarıdır. Bu o deməkdir ki, təxminən ölkəmizə səfər edən hər üç turistdən biri Türk dünyasından gəlir. Bu müddətdə qardaş Qazaxıstandan 61 min 759, Özbəkistandan isə 42 min 963 tursit Azərbaycana səfər edib. Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərindən sonra bu qardaş ölkədən gələnlərin sayında daha çox artımların olacağı gözlənilir. Azərbaycan və Özbəkistan arasında imzalanan "Əbədi dostluq haqqında Müqavilə" bütün digər sektorlar kimi, turizmə də xüsusi töhfə verəcək. Türk dövlətləri arasında strateji tərəfdaşlığın daha da güclənməsi turizm sahəsində də əməkdaşlığa xüsusi fayda qatmaqdadır.
Rəsmi statistikaya əsasən, körfəz ölkələrindən gələn turistlərin sayında kəskin azalma qeydə alınıb. Bu regiondan gələn turistlərin sayı 32.8 faiz azalıb. Aydındır ki, azalma daha çox İran münaqişəsinin regional təsirləri ilə bağlıdır. Daha çox artım isə Arvopa İttifaqından gələnlərdə qeydə alınıb: 8 faiz. Eyni zamanda, 1.6 faiz artımın qeydə alındığı MDB dövlətləri üzrə isə ciddi dəyişiklik qeydə alınmayıb".
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)













.png)





.jpg)










