Sosial
“Azərişıq” Zərdabın bir sıra kəndlərində yenidənqurma işləri həyata keçirir - VİDEO
“Azərişıq” ASC Zərdabın bir sıra kənd və qəsəbələrində elektrik şəbəkəsi yenidən qurulur.
Publika.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
Qeyd olunub ki, rayonun elektrik təchizatının yaxşılaşdırılması məqsədilə 110/35/10 kV-luq “Zərdab” yarımstansiyasının tikintisinə start verilib. Yarımstansiya istismara verildikdən sonra rayon mərkəzini və kəndləri dayanıqlı elektrik enerjisi ilə təmin edən 35/10 kV-luq “Məlikli”, “Əlvənd” və “Zərdab”, 35/6 kV-luq “Kür-Nasos” yarımstansiyaları yeni güc mərkəzindən qidalanacaq. Beləliklə, yeni yaradılacaq yarımstansiya vasitəsilə şəhər ərazisi və 30 kənd keyfiyyətli elektrik enerjisi ilə təchiz olunacaq.
Yenidənqurma işləri çərçivəsində rayonun bir sıra yaşayış məntəqələrində 0.4 və 10 kV-luq elektrik şəbəkəsi tamamilə yenidən qurulur. Gödəkqobu kəndində 4 ədəd müxtəlif güclü yeni 10/0.4 kV-luq Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb. Həmçinin 0.4 və 10 kV-luq metal dayaqlar əkilir, Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkilir. Yaşayış məntəqəsi elektron tipli sayğaclarla təchiz olunur.
Dəkkəoba kəndinin də 0.4 və 10 kV-luq elektrik şəbəkəsi yenilənir. Yaşayış məntəqəsində 5 ədəd müasir tipli KTM quraşdırılıb.
Bundan əlavə rayonun Pərvanlı və İsaqbağı kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur. Qeyd edək ki, “Azərişıq” ASC-nin həyata keçirdiyi əsaslı təmir və yenidənqurma işləri abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsinə hədəflənib.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO











.jpg)








.png)





.jpg)










