Sosial
DYP sürücülərə müraciət etdi
Baş Dövlət Yol Polisi İdarəsi yağışlı hava ilə bağlı sürücülərə müraciət edib.
Bu barədə Publika.az-a idarədən məlumat verilib.
Bildirilib ki, gözlənilən yağışlı hava şəraiti yollarda hərəkət təhlükəsizliyinə birbaşa təsir göstərən amillərdəndir. Yağıntı zamanı yol örtüyünün sürüşkən olması, görünüş məsafəsinin azalması və nəqliyyat vasitəsinin tormoz yolunun uzanması sürücülərdən daha diqqətli və məsuliyyətli davranmağı tələb edir.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə yağışlı hava şəraitində sürəti yolun və hava şəraitinin imkan verdiyi təhlükəsiz həddə qədər azaltmağı, qarşıdakı nəqliyyat vasitəsi ilə ara məsafəsini artırmağı, kəskin manevr və qəfil tormozlamadan çəkinməyi tövsiyə edir.
Unutmaq olmaz ki, yol nişanında göstərilən maksimal sürət həddi hər bir hava şəraitində həmin sürətlə hərəkət etməyin təhlükəsiz olduğu anlamına gəlmir. Sürücü mövcud şəraiti düzgün qiymətləndirməli və sürəti təhlükəsiz idarəetməni təmin edəcək səviyyədə seçməlidir.
Yağışlı havada sürəti azaltmaq sadəcə ehtiyat tədbiri deyil, təhlükəsizliyin əsas şərtlərindən biridir.
-
Hadisə15:26Xocavənddə traktor sürücüsü minaya düşdü - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO











.jpg)






.jpg)

.png)






.jpg)









