Sosial
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti təlim keçirdi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Sumqayıt şəhəri ərazisində yerləşən “SOCAR”ın “Neft Kəmərləri” İdarəsinin Abşeron İstehsalat Bölümünün Neft Təhvili Sahəsində yanğınların söndürülməsi mövzusunda yanğın-taktiki təlim keçirilib.
Bu barədə Publika.az-a qurumun Mətbuat xidmətindən bildirilib.
Təlimdə FHN-in aidiyyəti yerli strukturlarının müvafiq qüvvələri və Neft Təhvili Sahəsinin əməkdaşları, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Sumqayıt regional idarəsinin, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları iştirak edib.
Təlimin keçirilməsində əsas məqsəd yüksək yanma qrupuna aid məhsulların emal edildiyi, strateji əhəmiyyət kəsb edən obyektlərdə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlim zamanı Neft Təhvili Sahəsində baş vermiş şərti yanğın yerinə operativ çatan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması, “yanğının söndürülməsi” və ərazidən “yaralıların xilas edilməsi” əməliyyatlarını yerinə yetiriblər.
Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
-
Region09:54Türkiyənin 150 iş adamı Ermənistandadır: İrəvanda nə baş verir?
-
İqtisadi gündəm09:48Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
-
Dünya08:12Səudiyyə Ərəbistanına nüvə icazəsi: Uran 20%-dək zənginləşdirilə bilər
-
Hadisə06:16Qəbələdə döyülən “Çevik”in vəkilindən açıqlama
-
Dünya05:15Silah-sursat satın alınacaqdı, 70 milyon avro yoxa çıxdı - Nazir istefa verdi
-
ABŞ02:19ABŞ-ın daxili təhlükəsizlik nazirini daşıyan təyyarə məcburi eniş etdi - Mühərrik sıradan çıxıb
-
Qoroskop01:20Günün ulduz falı: Bəzi qərarları yenidən dəyərləndirməli olacaqsız
-
Region2 Sentyabr 23:35Qara dənizdə şübhəli cisimlər aşkarlandı - Türkiyə ordusu məhv etdi










.jpg)
























.jpg)