Sosial
FHN-in Muğan Regional Mərkəzi seminar-müşavirə keçirdi
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Sabirabad Rayon İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidaeərtmə orqanları, idarə və təşkilatlar arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və həlli yolları” mövzusunda seminar-müşavirə keçirilib.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, seminar-müşavirədə FHN Muğan Regional Mərkəzi və Nazirliyin regionda fəaliyyət göstərən digər qurumlarının nümayəndələri, Sabirabad Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələrin, aidiyyəti idarə və təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov müzakirə olunan mövzunun əhəmiyyətindən danışıb, FHN-in Muğan Regional Mərkəzi ilə rayonda fəaliyyət göstərən idarə və müəssisələr arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının geniş təhlilinin aparıldığını vurğulayıb.
Daha sonar çıxış edən Muğan Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Orxan Bağırov fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz təbirlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları, xidmət sahələri ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyəti, görülmüş işlər, problemlər və onların həlli yolları barədə ətraflı danışıb.
Seminar-müşavirənin gedişində Mərkəzin əməkdaşları tərəfindən rayonda müxtəlif vaxtlarda keçirilmiş monitorinqlərin nəticələrindən bəhs edən fotoslaydlar nümayiş etdirilib.
Tədbirdə mövzuya dair iştirakçıların təklifləri dinlənilib, suallar cavablandırılıb.
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Hadisə14:37Xocavənddə traktor sürücüsü minaya düşdü
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO











.jpg)





.jpg)

.jpg)







.png)






.jpg)









