Sosial
3 uşaqlı ailələrə MÜAVİNƏT VERİLƏCƏK: Valideynlərin pensiya yaşı AZALDILACAQ
Azərbaycanda çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və demoqrafik vəziyyətin yaxşılaşdırılması ilə bağlı müxtəlif təkliflər zaman-zaman gündəmə gəlir. Xüsusilə üç və daha çox uşağı olan ailələr üçün ayrıca aylıq müavinətin tətbiqi məsələsi ailələrin maddi yükünün azaldılması baxımından müzakirə mövzusudur.
Bəs, hazırda üç və daha çox uşağı olan ailələrə ayrıca aylıq müavinət verilməsi ilə bağlı konkret təklif və ya müzakirə varmı və belə bir ödənişin tətbiqi ailələrin sosial vəziyyətinə və ölkədə demoqrafik göstəricilərə necə təsir edə bilər?
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, çoxuşaqlı ailə anlayışının yenidən nəzərdən keçirilməsi və bu kateqoriyaya aid uşaqların sayının 5-dən 3-ə endirilməsi ilə bağlı təkliflər Milli Məclisə təqdim edilib:
"Bunun əsas səbəbi son illərdə 5 və daha çox uşağı olan ailələrin sayının çox olmamasıdır. Təklifimiz ondan ibarətdir ki, 3 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilsin. Təklif qəbul olunacağı halda, 3 və daha çox uşağı olan ailələr dövlət tərəfindən aylıq müavinət almaq hüququ əldə edə biləcəklər. Yəni hər uşağa görə müavinət ödənilməsi nəzərdə tutulur. Eyni zamanda, həmin ailələrdə anaların, bəzi hallarda isə ataların daha erkən pensiyaya çıxması üçün imkan yaradıla bilər".
Deputat bildirib ki, təklifə əsasən, üçuşaqlı ailələrdə pensiya yaşının 3 il, dörd uşaqlı ailələrdə 4 il, beş və daha çox uşağı olan ailələrdə isə 5 il azaldılması nəzərdə tutulur:
"Düşünürük ki, bu dəyişiklik həm təbii artımın dəstəklənməsi, həm də 3 və daha çox uşağı olan ailələrin sosial baxımdan daha yaxşı təmin edilməsi baxımından məqsədəuyğun ola bilər. Beləliklə, çoxuşaqlı ailə anlayışına yanaşmanın dəyişdirilməsi daha çox ailənin dövlət büdcəsindən aylıq müavinət almasına və valideynlərin daha erkən pensiyaya çıxmasına imkan yarada bilər".
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Hadisə14:37Xocavənddə traktor sürücüsü minaya düşdü
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO










.jpg)

.jpg)







.png)






.jpg)









