Sosial
ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
ANAMA minaaxtaran itlər üzrə potensialını sürətlə genişləndirib.
Publika.az xəbər verir ki, bunu ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı “Marshall Legacy Institute” təşkilatının baş direktoru Eliz Becker Bakıda “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında panel sessiyasında çıxışı zamanı deyib.
O, ANAMA ilə artıq 20 ildən çoxdur tərəfdaşlıq etdiklərini və bundan qürur duyduqlarını bildirib.
Eliz Beckerin sözlərinə görə, sonrakı illərdə ANAMA öz əməliyyat təcrübəsini artırıb.
“Son beş il ərzində özəl donorların dəstəyi ilə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlamışıq. Onlar hazırda sahələrdə fəaliyyət göstərirlər”.
O əlavə edib ki, proqramın ilkin mərhələsində yaradılmış milli potensial minaaxtaran itlər üzrə imkanların kifayət qədər sürətlə genişləndirilməsinə şərait yaradıb.
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
















.webp)















.jpg)

