Sosial
Ağdamdakı tikinti layihələrində əsasən LED lampalardan istifadə olunur - FHN
Azərbaycanda enerji effektivliyi və istilik mühafizəsi tələb olunan binalarla bağlı təqdim edilən layihələrin təxminən 90 faizində müvafiq tələblər təmin olunur.
Publika.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin baş mütəxəssisi Nurəddin Qəmbərov Bakı İqlim Fəaliyyəti Həftəsi (CW4) çərçivəsində keçirilən “Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması” adlı dəyirmi masada deyib.
O bildirib ki, binaların enerji effektivliyinin təmin olunmasında beş əsas istiqamət xüsusi əhəmiyyət daşıyır:
“Binaların xarici konstruksiyalarının istilikötürmə müqavimətinin normadan az olmaması, binaların istilik enerjisi sərfinin normadan çox olmaması, enerji effektivliyi sinfinin normaya uyğunluğu, qoruyucu konstruksiyaların hava nüfuzetmə qabiliyyəti və nəmlənmədən mühafizəsi əsas məsələlərdir. Bu gün norma ilə enerji effektivliyi və istilik mühafizəsi tələb olunan binalarla bağlı təqdim edilən layihələrin demək olar ki, 90 faizində bu tələblər Fövqəladə Hallar Nazirliyi tərəfindən təmin olunur”, – deyə N.Qəmbərov bildirib.
Onun əlavə edib ki, Ağdamda həyata keçirilən layihələrdə və tikinti işlərində işıqlandırma üçün əsasən LED lampalardan istifadə olunur.
-
Hadisə14:37Xocavənddə traktor sürücüsü minaya düşdü
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ









.jpg)









.png)






.jpg)








