Sosial
FHN-in əməkdaşları velosiped yarışında uğur qazandı
6 sentyabr 2026-cı il tarixində Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Veloparkda dövlət qurumlarının əməkdaşları arasında velosiped üzrə yarışlara yekun vurulub.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, yarışda iştirak edən FHN-in velosiped üzrə komandasının əməkdaşları yüksək nəticələr əldə etməyi bacarıblar. Belə ki, qadınlar arasında yarışlarda Bakı Regional Mərkəzinin əməkdaşı, baş leytenant Leyla Əliyeva məsafəni bütün rəqiblərindən daha tez qət edərək yarışın qızıl medalına sahib olub. Komandanın digər üzvü Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Sevda Verdiyeva bürünc medalın sahibi olub. Kişilər arasında yarışlarda isə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı daxili xidmət baş çavuşu Cavid Xəlilov yarışı ikinci yerdə tamamlayaraq gümüş medala yiyələnib.
Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.
-
Hadisə14:37Xocavənddə traktor sürücüsü minaya düşdü
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ











.jpg)









.png)















