Sosial
“Azersun Holding” uşaqları “Yenidən məktəbə” festivalına dəvət edir
Sentyabrın 12-də Park Bulvar Alış-Veriş Mərkəzində uşaqlar üçün əyləncə və maarifləndirici proqramlardan ibarət “Yenidən məktəbə” festivalı keçiriləcək.
Publika.az xəbər verir ki, yeni tədris ilinin başlanması münasibətilə “Azersun Holding”in müxtəlif markalarını bir araya gətirən “Yenidən məktəbə” festivalı sentyabrın 12-də Park Bulvar Alış-veriş Mərkəzində keçiriləcək.
Saat 16:00-dan 20:00-dək davam edəcək festivalın əsas məqsədi uşaqların qayğısız yay tətili ilə xoş əhval-ruhiyyədə vidalaşmasına və yeni tədris ilinə yüksək motivasiya ilə başlamasına dəstək olmaqdır.
Festivalda “Azərçay”, “Bizim Tarla”, “Azərsüd”, “Bazarstore”, “Shokki Mokki”, “Sun”, “Qaf” və “Joyzz” markaları iştirak edəcək. Brendlər uşaqlar üçün xüsusi hazırlanmış əyləncə proqramları, oyunlar, ustad dərsləri və interaktiv fəaliyyətlər təqdim edəcəklər.
Festival proqramı uşaqların həm əylənməsi, həm də yeni bacarıqlar qazanması üçün müxtəlif fəaliyyətləri əhatə edir. Gün ərzində hədiyyəli yarışlar, sevimli qəhrəmanlarla görüş, sehrbaz şousu, şar şousu, köpük şousu, oyunlar və müxtəlif ustad dərsləri keçiriləcək.
“Yenidən məktəbə” festivalının əsas xüsusiyyətlərindən biri uşaqlar üçün əyləncəni faydalı fəaliyyətlərlə birləşdirməsidir. Ustad dərsləri və interaktiv proqramlar vasitəsilə balacalar yaradıcılıqlarını inkişaf etdirmək, yeni bacarıqlar əldə etmək və həmyaşıdları ilə birlikdə maraqlı vaxt keçirmək imkanı qazanacaqlar.
Festivalda valideynlər də diqqətdən kənarda qalmayacaq. “Valideyn Akademiyası” çərçivəsində psixoloqun maarifləndirici çıxışı keçiriləcək. Görüş zamanı uşaqların məktəbə adaptasiyası, dərsə motivasiyasının artırılması, yeni tədris ilinə emosional hazırlığı və məktəb rejiminə uyğunlaşması ilə bağlı valideynlər üçün faydalı tövsiyələr veriləcək.
Beləliklə, “Yenidən məktəbə” festivalı yeni tədris ilinə hazırlığı uşaqlar üçün sevinc, əyləncə, yaradıcılıq və yeni kəşflərlə dolu bir başlanğıca çevirməyi hədəfləyir.
“Yenidən məktəbə” festivalı sentyabrın 12-də, saat 16:00-dan 20:00-dək Park Bulvar Alış-veriş Mərkəzinin 3-cü mərtəbəsində keçiriləcək. Festivala giriş sərbəstdir.
“Azersun Holding” markaları bütün ailələri yeni tədris ilini birlikdə, xoş əhval-ruhiyyə və unudulmaz anlarla qarşılamağa dəvət edir.
-
Hadisə14:37Xocavənddə traktor sürücüsü minaya düşdü
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ









.jpg)









.png)















