Sosial
Azərbaycanda 1100-dən çox şəxsə ödənişli atalıq məzuniyyəti verilib
Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir.
Publika.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, artıq 415 işəgötürən tərəfindən 1126 işçiyə uşağının doğulması ilə bağlı 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib.
Bu məzuniyyət uşağın doğulmasından əvvəl və sonrakı dövrləri əhatə edir.
Məzuniyyətin verilməsi üçün işçi uşağının doğulması ilə əlaqədar müvafiq tibb müəssisəsinin arayışını işəgötürənə təqdim edir.
Bundan sonra işəgötürən tərəfindən işçiyə ödənişli atalıq məzuniyyəti verilir. Bu barədə əmr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində e-qaydada formalaşdırılır.
-
Hadisə14:37Xocavənddə traktor sürücüsü minaya düşdü
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ









.jpg)









.png)















