Sosial
Bu il 125 mindən çox azərbaycanlı birinci sinfə qədəm qoyur
Bu il 125 mindən çox azərbaycanlı birinci sinfə qədəm qoyur.
Publika.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü münasibətilə Bakı şəhəri Yasamal rayonu 21 nömrəli tam orta məktəbdə çıxışında deyib.
"Bu da o deməkdir ki, 125 min şəxs həyatında yeni bir mərhələyə keçir. Bizim hər birimiz üçün məktəb həyatı, orada öyrəndiklərimizin əhəmiyyəti hər kəsə məlumdur", - o əlavə edib.
Nazir məktəb həyatında uşaqların qarşısında duran vəzifələrdən də danışıb:
"Yaxşı şagird olmaqla bərabər yaxşı insan olmaq üçün də çalışmaq bu vəzifələrdən biridir".
E.Əmrullayev yeni tədris ilində müəllimlərə də uğurlar arzulayıb:
"Fürsət ikən mən valideynləri də yeni tədris ili münasibətilə təbrik edirəm. Düşünürəm ki, yeni tədris ilinin başlaması onlar üçün də bir məsuliyyətdir və onlar müəllimlərin yanında olsalar, birlikdə çalışsalar, daha böyük uğurlar əldə ediləcək".
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi







.jpg)











.png)
















