Sosial
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrindən bu gün 39 uşaq birinci sinfə gedir.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Onlar geyindikləri məktəbli formasının, ilk müəllimlərinin və yeni dostları ilə tanışlığın həyəcanını yaşayırlar. Bu gün balacalar üçün təkcə dərs ilinin ilk günü deyil, yeni arzuların və ümidlərin başlanğıcıdır.
Uşaqların təhsilə cəlb olunması, onların sosial həyata inteqrasiyası və hərtərəfli inkişafı üçün əlverişli şəraitin yaradılması sosial xidmətlərin əsas istiqamətlərindəndir. Sosial Xidmətlər Agentliyi müəssisələrdə yaşayan uşaqların təhsil hüquqlarının təmin olunması, onların məktəbə hazırlığı və təhsil prosesinə uyğunlaşması istiqamətində mütəmadi tədbirlər həyata keçirir.
Hazırda Agentliyin uşaq evi sosial xidmət müəssisələrində valideyn himayəsindən məhrum olan 476 uşaq yaşayır.
Bütün şagirdlərə yeni tədris ilində uğurlar arzulayırıq!
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi











.jpg)











.png)
















