Sosial
Bir sıra tələblər ləğv edilir - Bu şəxsləri sevindirən xəbər
Bağların salınması zamanı fermerlərin subsidiya əldə etməsini asanlaşdırmaq məqsədilə bir sıra mövcud tələblər sadələşdirilir.
Bu barədə Publika.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Dəyişikliklərə əsasən, bütün ölkə üzrə bağların salınması zamanı sertifikatlı ting tələbi saxlanılmaqla, torpağın elektrik keçiriciliyi – EC və viruslardan azad olma ilə bağlı analiz tələbi aradan qaldırılır.
Bundan əlavə, intensiv texniki və süfrəlik üzüm bağlarına verilən bağçılıq subsidiyası bundan sonra bütün ölkə ərazisinə şamil ediləcək.
İntensiv zeytun bağları üzrə minimum sahə tələbi də əhəmiyyətli dərəcədə azaldılır. Belə ki, minimum sahə 50 hektardan 5 hektara endirilir. Naxçıvan Muxtar Respublikasında isə bütün bağlar üzrə minimum sahə tələbi 1 hektar müəyyən edilir.
Dəyişikliklər bağların salınması üçün yüksəklik tələblərinə də aiddir. Belə ki, intensiv püstə bağları üzrə yüksəklik həddi 1000 metrədək artırılır.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında nar bağları üzrə minimum yüksəklik tələbi ləğv edilir, zeytun bağları üzrə maksimal yüksəklik isə 300 metrədək artırılır.
Naxçıvan Muxtar Respublikasında qoz bağları üzrə minimum yüksəklik tələbi də aradan qaldırılır.
Beləliklə, dəyişikliklərin əsas məqsədi fermerlərin bağçılıq subsidiyalarından daha rahat yararlanmasına imkan yaratmaq və bağların salınması prosesində tətbiq olunan bəzi tələbləri sadələşdirməkdir.
-
MDB16:24Lukaşenko Trampın xüsusi nümayəndəsi ilə görüşəcək - 44 milyon dollarlıq məsələ
-
Rəsmi xronika16:06İlham Əliyev bu başçını vəzifəsindən azad etdi
-
Dünya15:42Nostradamusun 471 il əvvəl yazdığı sözlər gündəmi silkələdi: “Ölümsüz ağıl” nədir?
-
Nida Xəbər 14:30Onlara da xüsusi rütbə veriləcək
-
Qoroskop13:1440 yaşdan sonra taleləri dəyişir: Bu 3 bürcü böyük dönüş gözləyir
-
Rəsmi xronika13:14İlham Əliyev Hakan Fidanı qəbul etdi - FOTO
-
Region12:00Ermənistanda MTX binasına “Molotov kokteyli” atan şəxs Paşinyana “qohum” çıxdı
-
Sosial10:42Nazir sinfə girdi, birincilərin reaksiyası diqqət çəkdi - VİDEO






.jpg)













.jpg)






.jpg)











