Sosial
"Bakcell"dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
Bakcell abunəçilərinə internetdən rahat və çevik istifadə imkanı yaradan Wi-Fi internet paketlərini təqdim edir. Belə ki, Bakcell-dən Wi-Fi modemini əldə edən abunəçilərə seçdikləri internet paketinin ilk abunəliyi çərçivəsində 100 GB-dək internet pulsuz təqdim olunur.
Fərqli internet ehtiyaclarına uyğun olaraq, abunəçilər 20 GB, 50 GB və 100 GB həcmində üç əsas paket arasından seçim edə bilərlər. Abunəçilərə seçdikləri paketin ilk abunə haqqı hədiyyə edilir.
İnternet həcmini artırmaq istəyən abunəçilər üçün əlavə paketlər də mövcuddur. Əsas paket aktiv olduğu müddətdə abunəçilər 5 GB, 10 GB və 15 GB həcmində əlavə internet paketlərindən yararlana bilərlər.
Wi-Fi modemini əldə edən hər bir abunəçiyə modemlə birlikdə SIM kart da təqdim olunur. SIM kartın qiyməti modemə daxildir və bunun üçün əlavə ödəniş tələb olunmur. Abunəçi SIM kartı modemə yerləşdirdikdən sonra internet paketini Bakcell tətbiqi vasitəsilə aktivləşdirə bilər.
Bakcell-in yeni Wi-Fi internet paketləri və təklifin şərtləri haqqında ətraflı məlumatı şirkətin rəsmi saytı, Müştəri Xidmətləri Mərkəzləri və dilerlərdən əldə etmək mümkündür.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.
-
MDB16:24Lukaşenko Trampın xüsusi nümayəndəsi ilə görüşəcək - 44 milyon dollarlıq məsələ
-
Rəsmi xronika16:06İlham Əliyev bu başçını vəzifəsindən azad etdi
-
Dünya15:42Nostradamusun 471 il əvvəl yazdığı sözlər gündəmi silkələdi: “Ölümsüz ağıl” nədir?
-
Nida Xəbər 14:30Onlara da xüsusi rütbə veriləcək
-
Qoroskop13:1440 yaşdan sonra taleləri dəyişir: Bu 3 bürcü böyük dönüş gözləyir
-
Rəsmi xronika13:14İlham Əliyev Hakan Fidanı qəbul etdi - FOTO
-
Region12:00Ermənistanda MTX binasına “Molotov kokteyli” atan şəxs Paşinyana “qohum” çıxdı
-
Sosial10:42Nazir sinfə girdi, birincilərin reaksiyası diqqət çəkdi - VİDEO






.jpg)
.jpg)













.jpg)






.jpg)











