Sosial
Yeni dələduzluq növü peyda olub - BELƏ ALDADIRLAR
Sosial şəbəkələrdə yardım toplamaq adı altında süni intellekt texnologiyalarından istifadə etməklə həyata keçirilən yeni dələduzluq üsulu üzə çıxıb.
Publika.az “Yeni Sabah”a istinadən xəbər verir ki, "İkinci əl əşyalar satılır" sosial media qrupunda İlmina Məmmədli adlı profil tərəfindən həyat yoldaşının ağır xəstə olduğu iddia edilərək dərman yardımı tələb olunub.
Paylaşımda qeyd olunub ki, II qrup əlil olan, gözləri görməyən və xroniki böyrək xəstəliyindən əziyyət çəkən şəxsin müalicəsi üçün dərmanları almağa maddi imkan çatmır. İnsanların kövrək hisslərinə toxunaraq yardım istəyən şəxs, eyni zamanda Səhiyyə Nazirliyinin blankında guya həkim Zöhrə Qənbərova tərəfindən İlkin Məmmədliyə yazılmış tibbi reseptin fotosunu da təqdim edib.
Lakin diqqətli sosial şəbəkə istifadəçiləri təqdim olunan reseptin tamamilə saxta və süni intellekt vasitəsilə generasiya edildiyini aşkar ediblər. Sənədin üzərində saxta olaraq 20.02.2020-ci il tarixinin qeyd edilməsi və şriftlərin süni intellekt məhsulu olması dələduzluq əməlini ifşa edib.
Sosial şəbəkə istifadəçiləri bu cür qanunsuz addımların və saxtakarlıqların həqiqətən yardıma, müalicəyə ehtiyacı olan xəstə insanlara ediləcək yardımların qarşısını aldığını vurğulayaraq vətəndaşları diqqətli olmağa çağırıblar.



-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa18 Oktyabr 22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa18 Oktyabr 21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin218 Oktyabr 21:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO
-
Hadisə18 Oktyabr 17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 18 Oktyabr 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!





































