Sosial
FHN-də növbəti təltifetmə mərasimi keçirildi - VİDEO
Sentyabrın 17-də Fövqəladə Hallar Nazirliyinin inzibati binasının akt zalında “Fövqəladə hallar könüllüləri” proqramı çərçivəsində növbəti könüllülərin sertifikatlarla təltifetmə mərasimi keçirilib.
Bu barədə Publika.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.
Tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin müvafiq vəzifəli əməkdaşları, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev və fövqəladə hallar könüllüləri iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə, əvvəlcə “Fövqəladə hallar könüllüləri” proqramından bəhs edən videoçarx nümayiş olunub.
Daha sonra Vətən müharibəsində qazanılmış tarixi Zəfərimizin 5 illiyi münasibətilə gənclər, könüllü və tələbə təşkilatları arasında keçirilmiş “Zəfər Liqası” futbol turnirində qalib olmuş fövqəladə hallar könüllülərinin təltif edildiyi turnirin kuboku nazir Kəmaləddin Heydərova təqdim olunub.
Sonra nazir K.Heydərov tədbirdə çıxış edib. Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini, gənclərin dövlət başçısının daim diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayan nazir, bu mütərəqqi siyasətin nəticəsində müasir düşüncəli, vətənpərvər Azərbaycan gəncliyinin yetişdiyini qeyd edib. O, qəhrəman gəncliyimizin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Vətən müharibəsində göstərdiyi şücaətin bizə tarixi Zəfər bəxş etdiyini vurğulayıb.
Könüllülük hərəkatının ölkəmizdə başlanmasının və inkişafının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyən nazir K.Heydərov bildirib ki, Ümummilli Liderin müdrik siyasətini bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə könüllülük fəaliyyətinin həyata keçirilməsi və gənclərin öz potensialını reallaşdırması üçün hər cür şərait yaradılıb.
Nazir vurğulayıb ki, gənclərə daim qayğı ilə yanaşan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dövlət gənclər siyasətinin həyata keçirilməsində və könüllülük hərəkatının inkişaf etməsində göstərdiyi fədakarlıqlar və reallaşdırdığı layihələr təqdirəlayiqdir. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində mühüm rol oynayır.
K.Heydərov ölkəmizdə könüllü təşkilatlarının inkişafı istiqamətində görülən səmərəli fəaliyyətin nəticəsi kimi fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində “Fövqəladə hallar könüllüləri” proqramının formalaşdığını, proqram çərçivəsində Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun müvafiq bilik və bacarıqlara yiyələnmiş çoxsaylı könüllülərin yetişdiyini qeyd edib.
Nazir çıxışının sonunda ictimai faydalı könüllülük hərəkatı çərçivəsində fövqəladə hallarla mübarizə sahəsində nəzəri biliklərə və praktik vərdişlərə yiyələnmiş fövqəladə hallar könüllülərini təbrik edib, onların əhalinin və ərazlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin fəaliyyətində yaxından iştirak edəcəklərinə əminliyini bildirib.
Sonra çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev və Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev ölkəmizdə könüllülük fəaliyyətinin inkişaf mərhələlərindən, o cümlədən “Fövqəladə hallar könüllüləri” proqramının qısa müddətdə təşəkkül taparaq uğurla genişlənməsindən danışıb, konüllülük fəaliyyətinin əhəmiyyətindən söz açıblar.
-
Rəsmi xronika14:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Rəsmi xronika11:44İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Sosial10:54Bu xanım “Xankəndi”nin mətbuat katibi təyin edildi


























.jpg)






.jpg)





.webp)












.jpg)


