Sosial
Sürücülük vəsiqəsi olanların belə səhv saldığı yol nişanı - FOTO
Yollarda elə nişanlar var ki, sürücülər onları görsələr də, hansı təhlükə barədə xəbərdarlıq etdiyini bilmirlər. Bu nişanlardan biri də daş uçması təhlükəsini göstərən xəbərdarlıq nişanıdır.
Publika.az xəbər verir ki, şəkildəki nişan Azərbaycanda 1.26 nömrəsi ilə tətbiq olunur və qarşıda daş uçması, yola daş tökülməsi təhlükəsinin olduğunu bildirir.
Belə nişan əsasən, dağlıq və qayalıq ərazilərdən keçən yollarda quraşdırılır. Yağıntı, külək, torpağın boşalması və digər təbii amillər nəticəsində qayalardan daş parçaları yola düşə bilər. Bu səbəbdən sürücülər nişanı gördükdə sürəti azaltmalı və yola, xüsusilə də qayalıq ərazilərə diqqət etməlidirlər.
Daşların qəfil yola düşməsi həm avtomobilə, həm də hərəkətdə olan digər nəqliyyat vasitələrinə təhlükə yarada bilər.(“Yeni Sabah”)

-
Magazin101:11Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər


































