Ağdamda möhtəşəm atəşfəşanlıq - Foto
Bizi izləyin

Sosial

Ağdamda möhtəşəm atəşfəşanlıq - Foto

Ağdamda möhtəşəm atəşfəşanlıq - Foto

Ağdam Şəhər Günü münasibətilə möhtəşəm atəşfəşanlıq təşkil olunub.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, gecə saatlarında keçirilən atəşfəşanlıq Ağdamın səmasını rəngarəng işıqlara qərq edib.

Tədbirdə Ağdam rayon sakinləri, Ağdam, Xocavənd və Füzuli rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, eləcə də ətraf rayonlardan gələn sakinlər iştirak ediblər.

Bayram iştirakçıları atəşfəşanlığı böyük coşqu ilə izləyib, Ağdamın azadlıqdan sonrakı yeni həyatının sevincini birlikdə yaşayıblar.

Qeyd edək ki, Ağdam Şəhəri Günü münasibətilə şəhərdə gün ərzində silsilə mədəni-kütləvi tədbirlər keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm