Sosial
Həbsdən çıxan Səlim Müslümov müəllimliyə başladı
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Aviasiya Akademiyasında iqtisadiyyat müəllimi kimi fəaliyyətə başlayıb.
Publika.az TodayPress TV-yə istinadla xəbər verir ki, S.Müslümov bundan əvvəl, 2019-cu ildə akademiyanın Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, Səlim Müslümov 2013–2018-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri, 2002–2013-cü illərdə isə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri vəzifələrində çalışıb.
İqtisad elmləri doktoru olan keçmiş nazir 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvət alma ittihamları ilə həbs olunub.
İstintaq müddətində dəymiş ziyanın böyük hissəsini ödəməsi və səhhətindəki problemlər nəzərə alınaraq S.Müslümov barəsində seçilmiş həbs qətimkan tədbiri ev həbsi ilə əvəzlənib.
Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib.
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünün növbəti raundu ilə bağlı qərar verildi






.jpg)
.jpg)










.jpg)
.png)
















