Sosial
QHT nümayəndələri Günərzi mərkəzini ziyarət etdilər - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sabunçu Günərzi Qayğı Mərkəzinə QHT nümayəndələrinin infoturu təşkil edilib.
Publika.az xəbər verir ki, infotur iştirakçıları mərkəzdə uşaqlar üçün yaradılmış şəraitlə və göstərilən xidmətlərlə yaxından tanış olublar. Qonaqlara məlumat verilib ki, Agentliyin xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 4 daimi günərzi qayğı mərkəzi fəaliyyət göstərir.
Onların məqsədi əlilliyi olan uşaqların psixososial reabilitasiyasına, onların sosial bacarıqlarının inkişafına və cəmiyyətə inteqrasiyasına dəstək göstərmək, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısını almaq, ailələrini zəruri sosial xidmətlərlə təmin etməkdir.
Mərkəzə qəbul olunan uşaqlar həftənin 5 günü, saat 09:00-dan 18:00-dək sosial-məişət, tibbi-sosial, sosial-psixoloji və sosial-pedaqoji xidmətlərlə təmin olunurlar.
Bununla yanaşı, valideynlərə uşaqlara qulluq bacarıqlarının artırılması, onların ehtiyaclarının düzgün müəyyənləşdirilməsi və inkişafının dəstəklənməsi ilə bağlı məsləhət xidmətləri göstərilir, müxtəlif təlim proqramları təşkil olunur.
İnfotur çərçivəsində iştirakçıların sualları cavablandırılıb. Onların mərkəzin fəaliyyəti, göstərilən xidmətlər və xidmətlərin inkişaf etdirilməsi ilə bağlı rəy və təklifləri dinlənilib.
Mərkəzlərin xidmətlərindən yararlanmaq istəyən şəxslər Agentliyin yerli qurumlarına və DOST mərkəzlərinə ərizə ilə müraciət edə bilərlər.






-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20 Oktyabr 20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 20 Oktyabr 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin220 Oktyabr 14:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO










.webp)



.jpg)








.jpg)











