Sosial
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Samux rayonunda vətəndaşlarla görüşdü
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Samux rayonunda vətəndaşlarla görüşüb.
Bu barədə Publika.az-a ADSEA-dan məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraqAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov sentyabrın 29-da Samux Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Samux, Gəncə, Kəlbəcər və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbuldan öncə sədr Zaur Mikayılov və Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, subartezian quyularının təmiri, içməli su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
-
Rəsmi xronika14:20İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
-
İdman13:52Dünya bundan danışır: “Real”ın ulduzu oğurlanıb və öldürülüb - FOTO
-
MDB13:46Şimali Koreya Rusiyaya daha 10 min əsgər göndərir: Zelenski Putinin planını açıqladı
-
Rəsmi xronika12:14İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO
-
MDB12:03Lixaçev Putinə hesabat verdi: Ermənistanı tərk edə bilmərik
-
Sosial11:27Müəllimin həbsi ilə bağlı Qarabağ Universitetindən AÇIQLAMA
-
Kriminal11:00Məşhur qəzetin əməkdaşı parkda güllələndi - Qayınatası və qayınanası saxlanıldı
-
Hadisə10:39Qarabağ Universitetinin müəllimi həbs olundu














.jpg)
.jpg)






























.jpg)
.jpg)
