Sosial
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları müzakirə olundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında səmərəli əməkdaşlıq reabilitasiya vasitələri ilə təminat sistemini də əhatə edir. Son illər ölkəmizdə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növləri ÜST-nin təsnifatına uyğun qruplaşdırılıb və bu növlərin sayı 57-dən 130-a çatdırılıb.
Publika.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev nazirlikdə ÜST-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Hande Harmancı ilə keçirilən görüşdə bildirib.
O, Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında son illər ölkəmizdə aparılan sosial islahatlar çərçivəsində əlillik və reabilitasiya sistemlərinin təkmilləşdirilməsi istiqamətində atılan addımları diqqətə çatdırıb.
Bu islahatlarda ÜST ilə birgə fəaliyyətə də xüsusi önəm verildiyi, uğurlu əməkdaşlıq təcrübəsinin qarşıdakı dövrdə daha geniş miqyaslı əməkdaşlıq üçün möhkəm zəmin yaratdığı vurğulanıb. Əhalinin icbari tibbi sığortası sahəsində həyata keçirilən islahatlar, innovativ həllərin tətbiqi, xidmətlərin çevikliyinin və əlçatanlığının artırılması üçün aparılan işlər barədə məlumat verilib.
Xanım Hande Harmancı ölkəmizdə aparılan sosial islahatlar, ÜST və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlığına dair müsbət fikirlərini ifadə edib. Görüşdə əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində ÜST ilə əməkdaşlıq imkanları müzakirə edilib.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı










.jpg)





























