Sosial
FHN elektromobil doldurma qurğuları ilə bağlı əhaliyə müraciət etdi
Fövqəladə Hallar Nazirliyi elektrik doldurma qurğularının təhlükəsiz istismarına dair əhaliyə müraciət edib.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, ölkəmizdə son zamanlar elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin genişlənməsi ilə əlaqədar elektrik doldurma qurğularının sayı da durmadan artır:
"Lakin nəzərə alınmalıdır ki, elektrik doldurma qurğularının quraşdırılması və istismarı zamanı müvafiq norma və qaydaların tələblərinə əməl edilməməsi yanğın və digər təhlükəli halların baş verməsinə, nəticədə insanların həyat və sağlamlığına, eləcə də əmlaka zərər dəyməsinə səbəb ola bilər.
Belə ki, bu qurğuların quraşdırılması və istismarı zamanı müvafiq norma və qaydaların, o cümlədən yanğın təhlükəsizliyi tələblərinin pozulması avadanlıqların həddindən artıq qızmasına, qısaqapanmaya və nəticədə yanğınların baş verməsinə və ağır fəsadlara gətirib çıxara bilər. Xüsusilə çoxmənzilli yaşayış binalarının yeraltı avtodayanacaqlarında elektrik doldurma qurğularının müvafiq tələblər və texniki şərtlər nəzərə alınmadan kortəbii şəkildə quraşdırılması, elektrik yüklərinə uyğun olmayan kabel və avadanlıqlardan istifadə edilməsi, kabellərin düzgün çəkilməməsi, eləcə də yanğın təhlükəsizliyi baxımından zəruri mühafizə tədbirlərinin təmin olunmaması yanğın riskini əhəmiyyətli dərəcədə artırır".
Habelə, elektrik doldurma avadanlıqlarının texniki vəziyyətinə mütəmadi nəzarət edilməməsi, zədələnmiş kabel və avadanlıqlardan istifadə olunması, nasazlıqların vaxtında aradan qaldırılmaması və doldurma prosesinin təhlükəsizlik tələbləri nəzərə alınmadan nəzarətsiz həyata keçirilməsi də yanğın təhlükəsini yaradır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi elektrik doldurma qurğularının quraşdırılması və istismarı ilə məşğul olan fiziki və hüquqi şəxslərə, həmçinin elektrik mühərrikli nəqliyyat vasitələrinin sahiblərinə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
Belə ki, elektrik doldurma qurğuları mütləq olaraq “Elektrik qurğularının quraşdırılması Qaydaları”na və enerji təchizatı müəssisəsi tərəfindən təsdiq edilən texniki şərtlərə uyğun quraşdırılmalı, müvafiq təhlükəsizlik tələblərinə ciddi riayət olunmalıdır.
Xüsusilə nəzərə alınmalıdır ki, cihazın, qidalanma kabelinin və ya portun zədələndiyi, yanan izolyasiya qoxusu, tüstü və ya qeyri-adi səs müşahidə olunduğu hallarda elektrik doldurma qurğusundan istifadə təhlükəlidir. Həmçinin, izolyasiyası pozulmuş, ucları açıq cərəyankeçiriciləri olan kabellərdən istifadə etmək, onları gərginlik altında saxlamaq və qidalanma kabelinə calaq etmək yolverilməzdir.
-
Elm və təhsil10:48İnsanlar üçün nümunə: Görün dalaşan meymunlar necə barışırlar
-
Sosial10:24Bu şəxslər maaşdan əlavə pul alacaq
-
Rəsmi xronika10:22İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
İdman09:48Bu iki nəfər aeroportda Ronaldonun qarşısını kəsib, onu inandırmağa çalışıblar ki...
-
Sosial09:36Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
-
Qoroskop01:40Günün ulduz falı: Qarşınıza bəzi çətinliklər çıxacaq
-
Magazin100:27Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi - Video
-
İdman30 Sentyabr 22:32Ronaldo millinin düşərgəsini tərk etdi, Madridə getdi - Onunla mübahisə edib?

















.jpg)















