Sosial
Ahıllarla əlilliyi olan şəxslər arasında futbol yarışı keçirildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) birgə təşkilatçılığı ilə Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri və yüksək texnologiyalı protezlərlə təmin olunmuş müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol yarışı keçirilib.
Publika.az xəbər verir ki, Vətən müharibəsinin altıncı ildönümü və 1 Oktyabr - Beynəlxalq Ahıllar Gününə həsr olunan yarış ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında sosial inteqrasiyanın və sağlam həyat tərzinin təşviqi, eləcə də asudə vaxtın səmərəli təşkili məqsədi daşıyıb.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırıqlarına əsasən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi daim dövlətin diqqət mərkəzindədir. Bu kateqoriyadan olan vətəndaşların sosial təminatı ilə yanaşı, cəmiyyətə inteqrasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə də tədbirlər görülür.
Oyunda 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakini, Araz-Naxçıvan PFK-nın qadınlardan ibarət U-16 komandasının üzvü Qənirə Zeynalova da komandalara öz dəstəyini göstərib.
AFFA-nın peşəkar hakimləri tərəfindən idarə olunan, maraqlı mübarizə və xoş anlarla yadda qalan oyun 6:6 hesabı ilə başa çatıb.
Yarışın sonunda iştirakçılara təşəkkürnamələr və simvolik hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin AFFA ilə birgə əməkdaşlığı çərçivəsində ahıllar üçün davamlı olaraq "Gəzinti futbolu" (Walking football) adlı sosial layihə həyata keçirilir. Assosiasiya tərəfindən ayrılan məşqçilər tərəfindən keçirilən məşqlər ahıl şəxslərin fiziki aktivliyinin artırılmasına və onların sosial fəaliyyətlərə daha fəal cəlb olunmasına xidmət edir.
Sonda Agentliyin 3 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinlərinin təqdimatında vətənpərvərlik mövzusunda kompozisiya təqdim edilib.
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı








.jpg)





.webp)























