Sosial
FHN-in Bakı Regional Mərkəzi “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirdi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən “Təhlükəsiz və estetik şəhər modeli - müasir şəhərsalma baxışı” mövzusunda tədbir keçirilib.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunda keçirilən tədbirdə FHN-in aidiyyəti qurumlarının məsul əməkdaşları, FHN Akademiyasının, Memarlıq və İnşaat Universitetinin, eləcə də Azərbaycan Memmarlar İttifaqının nümayəndələri iştirakı ediblər.
Tədbiri giriş sözü ilə açan Regional Mərkəzin rəisi polkovnik Elnur Məhərrəmov ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətini qeyd edərək, təsdiq olunmuş tədbirlər planının müvafiq bədlərinin icrası ilə bağlı qarşıda duran aidiyyəti məsələlərdən danışıb.
Tədbir zamanı çıxış edən natiqlər ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində görülən müvafiq tədbirlər, şəhərsalma və memarlıqla bağlı sağlam və dayanıqlı mühitin formalaşdırılmasının vacibliyini diqqətə çatdırıblar.
Tədbirdə, həmçinin tikintidə təhlükəsizlik normalarından, yaşayış məntəqələrinin planlı inkişafı zamanı ekoloji təhlükəsizliyin təmin edilməsindən bəhs olunub, ətraf mühitin mühafizəsi, insanların həyatına, sağlamlığına və əmlakına zərər vurulmasının qarşısının alınması istiqamətində atılan addımlardan danışılıb.
Tədbirdə suallar cavablandırılıb, müzakirə olunan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda videoçarx nümayiş olunub.
-
Sosial11:54Cefri Verbokun keçmiş azərbaycanlı xanımı bu məşhur nəsildən imiş - FAKTLAR
-
Rəsmi xronika11:14Prezident İlham Əliyev Si Cinpini təbrik etdi
-
Elm və təhsil10:48İnsanlar üçün nümunə: Görün dalaşan meymunlar necə barışırlar
-
Sosial10:24Bu şəxslər maaşdan əlavə pul alacaq
-
Rəsmi xronika10:22İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
İdman09:48Bu iki nəfər aeroportda Ronaldonun qarşısını kəsib, onu inandırmağa çalışıblar ki...
-
Sosial09:36Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
-
Qoroskop01:40Günün ulduz falı: Qarşınıza bəzi çətinliklər çıxacaq













.jpg)
_(1).jpg)








.jpg)
.jpg)

.jpg)














