Sosial
BDYPİ sürücülərə müraciət etdi
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.
Publika.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabr ayının 2-dən etibarən ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə aşağı enəcəyi, fasilələrlə yağıntıların olacağı, bəzi yerlərdə yağışın leysan xarakterli intensiv, eləcə də küləyin ayrı-ayrı vaxtlarda güclənəcəyi gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitində gözlənilən dəyişikliklərlə əlaqədar sürücüləri xüsusilə diqqətli olmağa çağırır.
Yağıntılı hava şəraitində yol örtüyünün sürüşkənləşməsi, görünüş məsafəsinin azalması və güclü küləyin nəqliyyat vasitələrinin idarə olunmasına təsiri qəza riskini artıra bilər. Bu səbəbdən sürücülər sürət həddini mövcud yol və hava şəraitinə uyğun seçməli, ara məsafəsini artırmalı, qəfil manevr və sərt tormozlamadan çəkinməlidirlər. Piyadalara isə yolun hərəkət hissəsinə çıxarkən daha diqqətli olmaları, yalnız müəyyən edilmiş keçidlərdən istifadə etmələri və məhdud görünmə şəraitini nəzərə almaları tövsiyə olunur.
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını qarşıdakı günlərdə gözlənilən qeyri-sabit hava şəraitini nəzərə almağa, yollarda diqqətli və ehtiyatlı davranmağa çağırır.
-
Nida Xəbər 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı








.jpg)




.webp)








.jpg)














