Sosial
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi - FOTO
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Muğan Regional Mərkəzi (RM) tərəfindən Neftçala şəhər Peşə məktəbində, Cənub RM tərəfindən Lerik rayonu Piran kənd tam orta məktəbində və Masallı şəhər R.Əlihəsənov adına 1 nömrəli tam orta məktəbində, Qarabağ RM tərəfindən Ağcabədi şəhər Səməd Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində, Şimal-Qərb RM tərəfindən Ağsu şəhər A.Nadirov adına 1 nömrəli məktəb-liseyində, Aran RM tərəfindən Ucar Rayon İcra Hakimiyyəti başçısının Qarabörk kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində işləməyən əhali ilə və Goranboy Rayon İcra Hakimiyyəti ilə birgə istehsal və xidmət sahələrində işləməyən əhali ilə, Şimal RM tərəfindən Şabran rayonu, Çölquşçu kənd ümumi orta məktəbində, Gəncə RM tərəfindən Gəncə şəhər N.Hüseynov adına 38 nömrəli tam orta məktəbində və Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-liseyində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
-
Nida Xəbər 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı













.jpg)



.jpg)




.webp)








.jpg)














