Sosial
FHN Sumqayıtda əlilliyi olan şəxslərə xidmət göstərənlər üçün tədbir keçirdi - FOTO
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisəsinin əməkdaşlarının iştirakı ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Bu barədə Publika.az-a qurumun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirin keçirilməsində məqsəd əlilliyi olan şəxslərin fövqəladə hallar zamanı mühafizə və təxliyəsinin təşkili, onlara qulluq edən şəxslərdə yanğın və digər təhlükələrlə bağlı zəruri davranış qaydalarının aşılanması olub.
Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin və Əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisəsinin əməkdaşları iştirak ediblər.
Tədbirdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ zamanı əlilliyi olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, mövzu ətrafında geniş müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ









.jpg)




.webp)









.jpg)














