Sosial
“Azərsun Holdinq” ADEX 2026 sərgisində - Fotolar
Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan “ADEX 2026” - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir.
“Azərsun Holdinq” sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi “Əsgər payı” adlı qida məhsullarını təqdim edir.
Azərbaycanın qida sənayesində aparıcı şirkətlərindən biri olan “Azərsun Holdinq” tərəfindən istehsal olunan “Əsgər payı” məhsulları hərbi qulluqçuların qida təminatının yerli istehsal hesabına dəstəklənməsinə yönəlib. Məhsulların hazırlanması zamanı onların qida dəyəri, istifadəsinin rahatlığı, daşınması və saxlanması kimi amillər nəzərə alınıb.
Sərgi çərçivəsində “Azərsun Holdinq”in stendini ziyarət edən iştirakçılar “Əsgər payı” məhsulları ilə yaxından tanış olmaq, onların çeşidi və istehsal prosesi barədə məlumat əldə etmək imkanı qazanırlar.
ADEX 2026 sərgisi müdafiə sənayesi sahəsində innovativ həllərin, müasir texnologiyaların və yerli istehsal imkanlarının nümayiş etdirilməsi baxımından mühüm platforma olmaqla yanaşı, müxtəlif qurumlar və şirkətlər arasında əməkdaşlığın inkişafına da imkan yaradır.
“Azərsun Holdinq”in sərgidə iştirakı şirkətin yerli istehsal imkanlarının və Azərbaycan Ordusunun təminatına yönəlmiş məhsullarının təqdim edilməsi baxımından əhəmiyyət daşıyır.





-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ








.jpg)













.jpg)














