Sosial
Azərbaycanda aqrar sahəyə dövlət dəstəyi vasitələri müəyyənləşir
Azərbaycanda aqrar sahəyə dövlət dəstəyi müxtəlif vasitələrlə həyata keçiriləcək.
Publika.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış və ictimai müzakirəyə təqdim edilmiş "Aqrar sahə haqqında" yeni qanunun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, həmin vasitələr aşağıdakılardır:
- aqrar subsidiyanın verilməsi;
- kənd təsərrüfatı istehsal vasitələrinin satışı və maliyyə icarəsi zamanı güzəşt tətbiq edilməsi, habelə güzəştli kreditlərin və maliyyə icarəsi üçün vəsaitin ayrılması, o cümlədən verilmiş kreditlərin faizlərinin maliyyələşdirilməsi;
- qrant verilməsi;
- dövlət investisiya qoyuluşu;
- vergi və gömrük güzəştlərinin tətbiqi;
- aqrar sığorta fəaliyyəti;
- satış yerlərinin təşkili;
- informasiya-məsləhət xidmətlərinin göstərilməsi;
- strateji əhəmiyyətli aqrar məhsulun istehsalı zamanı dövlət zəmanətinin tətbiqi;
- dövlət-özəl tərəfdaşlığı modelinin tətbiqi;
- elmi tədqiqat, laboratoriya, təcrübə, bitki və heyvan xəstəlikləri üzrə müalicə-profilaktika, zərərsizləşdirilmə və sınaq fəaliyyətinə, habelə aqrar təhsil, təlim və peşə hazırlığına dəstək göstərilməsi;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi hallarda və qaydada xüsusi təhlükəli heyvan xəstəlikləri nəticəsində fiziki və hüquqi şəxslərə dəymiş zərərin ödənilməsi.
Aqrar sahədə subsidiyalaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi zamanı Sistemin məlumatları əsas götürülür və aqrar məhsul istehsalçılarının reytinq sistemi nəzərə alınır.
Aqrar sığorta sahəsində dövlət dəstəyi "Aqrar sığorta haqqında" qanunla tənzimlənir.
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ








.jpg)













.jpg)














