Sosial
Yaş kişi üçün yox, qadın üçün maneədir: 90 yaşında da ata olmaq olar - Həkim sirri açdı
Kişinin yaşından asılı olmayaraq ata olmaq imkanını uzun illər qoruyub saxlaya bildiyi açıqlanıb.
Publika.az xəbər verir ki, bunu androloq, uroloq Vladislav Qladışev “Qazeta.ru”ya açıqlamasında deyib.
Onun sözlərinə görə, kişilərdə spermatogenez, yəni spermatozoidlərin yaranması prosesi ömrün sonuna qədər davam edə bilər. Həkim bununla belə, yaş artdıqca erektil funksiyanın mütləq qorunacağı anlamına gəlmədiyini vurğulayıb.
“Dərin qocalıqda belə kişi ata ola bilər. Spermatogenez ölümə qədər mümkündür. Yaş kişi üçün maneə deyil, qadın üçün isə maneədir”, - Qladışev bildirib.
Qeyd edək ki, akademik Gennadi Onişenko da qadınlarda doğum qabiliyyətinin təxminən 60 yaşa qədər davam edə biləcəyini, kişilərin isə təxminən 90 yaşına qədər ata olmaq imkanını saxlaya bildiyini deyib.
Onun sözlərinə görə, 60 yaşlı qadının hamilə qalması menstrual siklin qorunması, hormonal sistemin normal fəaliyyəti, əlverişli genetika və tibbi dəstəkdən asılıdır.
Müəllif: Adəm
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünün növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz




















.png)

















