Sosial
Pulsuz hüquqi yardım sistemi üçün paraleqallar institutu yaradılır
Azərbaycanda pulsuz hüquqi yardım sisteminin təşkilində paraleqallar institutunun yaradılması təklif olunur.
Publika.az xəbər verir ki, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu günki iclasında müzakirəyə çıxarılıb.
“Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında birinci oxunuşda müzakirə edilib.
Layihəyə əsasən, pulsuz hüquqi yardım iki istiqamətdə – ilkin və peşəkar hüquqi yardım formasında göstəriləcək. İlkin hüquqi yardım vətəndaşların qanunvericilik, hüquq və vəzifələr barədə məlumatlandırılmasını, ərizə və şikayətlərin hazırlanmasına köməyi, eləcə də digər hüquqi məlumatlandırma xidmətlərini əhatə edəcək. Peşəkar hüquqi yardım isə cinayət, mülki və inzibati işlər üzrə müdafiə və təmsilçilik imkanlarını əhatə edəcək.
Qanun layihəsində pulsuz hüquqi yardımın təşkilinin Vəkillər Kollegiyasına həvalə edilməsi nəzərdə tutulur. Eyni zamanda paraleqallar institutunun yaradılması təklif olunur.
Layihə ilə vəkillərin ictimai fayda naminə pro-bono qaydada ildə 30 saatdan az olmamaqla pulsuz hüquqi yardım göstərməsi də nəzərdə tutulur.
-
Rəsmi xronika15:35İlham Əliyev Vladimir Putinə zəng etdi
-
İdman11:39“Miss Almaniya” rinqə çıxır - FOTOLAR
-
Dünya11:03Türkiyə bu ölkədə gücünü artırır: Hərbi baza qurulur - Ankara niyə hərəkətə keçdi?
-
Rəsmi xronika10:21Prezident: Ermənistan buna şərait yaratmalıdır
-
Maraq dünyası09:425 gün sonra dünya yox olacaq - Allahı və İsanı görən şəxs dedi
-
Hadisə08:54Bakıda ağır qəza: "SOCAR"ın avtomobili ilə toqquşdu - VİDEO
-
Avropa07:30Cek Nikolsonun baltası yenidən hərraca çıxarıldı
-
Magazin206:1625 il sonra yenidən “Mumiya”da - FOTO








.jpg)

.jpg)



.jpg)




















.jpg)


