Sosial
Ünvanlı sosial yardım alan şəxslər pulsuz hüquqi yardım əldə edə biləcək
Ünvanlı dövlət sosial yardımı alan şəxslərin pulsuz hüquqi yardıma çıxışının təmin edilməsi təklif olunur.
Publika.az xəbər verir ki, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu günki iclasında müzakirəyə çıxarılıb. Bu məqsədlə “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Təklif “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi ilə əlaqədar qanunvericiliyin uyğunlaşdırılması çərçivəsində hazırlanıb.
Layihənin əsas məqsədlərindən biri maddi imkanları məhdud olan və hüquqi xidmətlərin haqqını ödəməkdə çətinlik çəkən şəxslərin hüquqi müdafiə imkanlarını artırmaqdır. Pulsuz hüquqi yardım mexanizmi vasitəsilə bu kateqoriyaya aid şəxslərin hüquqi məsələlərlə bağlı məlumatlandırılması, sənədlərin hazırlanması və zəruri hallarda məhkəmə və digər dövlət orqanlarında təmsil olunması imkanlarının yaradılması nəzərdə tutulur.
Dəyişikliklərin qəbul edilməsi sosial müdafiə mexanizmləri ilə hüquqi müdafiə imkanlarının daha sıx əlaqələndirilməsinə imkan verə bilər.
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünün növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz




















.png)

















