Sosial
“Piano Hall”da nöqsanlar aşkarlandı - Foto
Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 5A ünvanında yerləşən, fiziki şəxs Aslanlı Raul Samir oğluna məxsus “Piano Hall” şadlıq evində yoxlama keçirib.
Publika.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, baxış zamanı ictimai iaşə obyektində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib:
“Belə ki, şadlıq evinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Obyektdə istehlaka yararsız göbələk, müşayiətedici sənədi olmayan süni kürü, mənşəyi məlum olmayan süd məhsulları, üzərində hazırlanma tarixləri qeyd edilməyən yarımfabrikatlar aşkarlanıb. Eyni zamanda, menyuda süni kürünün istifadəsi ilə bağlı qeydin aparılmadığı, məhsulların temperatur rejiminə riayət edilmədiyi, mətbəxdə istifadə olunan alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər tələblərin pozulduğu müəyyən edilib.
Faktla bağlı inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub”.
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünün növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz



















.png)

















