Sosial
“AccessBank”ın depozit portfeli kiçilib, şirkətlər vəsaitlərini geri çəkib
2026-cı ilin üçüncü rübünün sonuna “AccessBank” QSC-nin depozitləri 3,56% azalaraq 1 milyon 92 min 11 manata düşüb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, 2025-ci ilin sonuna bu göstərici 1 milyon 132 min 381 manat təşkil edib.
Hüquqi şəxslərin bankdakı depozitləri 194 milyon 296 min manata bərabər olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 18,8% azdır.
Fiziki şəxslərin depozitləri isə cüzi – 0,5% artaraq 897 milyon 715 min manata çatıb.
Cari ilin sentyabrın 30-na “AccessBank”ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 40%-dən çox artaraq 470 milyon 16 min manat təşkil edib.
İlin ilk 9 ayı üzrə bankın faiz xərcləri 17,5% artaraq 85 milyon 705 min manata bərabər olub. Bank cəlb etdiyi kreditlərə görə 21 milyon 225 min manat faiz ödəyib.
Maliyyə instutu hesabat dövründə 45 milyon 246 min manat xalis mənfəət əldə edib, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 27% çoxdur.
Bankın mənfəət vergisindən əvvəlki mənfəəti 56 milyon 558 min manat olub.
Qeyd edək ki, cari ilin sentyabrında "Bank Respublika" "AccessBank"ın səhmlərinin 100 faizini alıb. Əqdin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır.
-
Rəsmi xronika16:06Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO / YENİLƏNDİ
-
Region11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları
-
MDB10:06Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq
-
İdman09:40Ronaldonun bacısından təsirli paylaşım: Taleyini dəyişdin, Portuqaliyanı da...
-
Ekologiya07:30Leysan, dolu, qar - Bu günün havası
-
Magazin107:17İradə İbrahimova: “Qadın evlidir, amma başqasını sevir”
-
Avropa05:15Ukrayna ilə bağlı qorxulu proqnoz







.jpg)

.jpg)

.jpg)















.jpg)







.jpg)
