Sosial
ADY sədri Qazaxıstanda “New Silk Way” biznes-forumunda iştirak etdi
Azərbaycan Dəmir Yollarının (ADY) sədri Rövşən Rüstəmov Qazaxıstana səfəri çərçivəsində 8-ci “Yeni İpək Yolu” (“New Silk Way”) biznes-forumunda iştirak edib.
Bu barədə Publika.az-a ADY-dən məlumat verilib.
“Rəqəmsal İpək Yolu: Süni intellekt və logistikanın qabaqcıl texnologiyaları” mövzusunda keçirilmiş forumda rəqəmsal transformasiyanın nəqliyyat-logistika sektoruna təsiri, süni intellektin tətbiqi və müasir texnologiyaların beynəlxalq yükdaşımaların səmərəliliyinin artırılmasındakı rolu diqqət mərkəzində olub.
ADY sədri həmçinin forumun tərkib hissəsi kimi təşkil olunmuş və Azərbaycan Dəmir Yollarının ayrıca stendlə iştirak etdiyi “TransLogistica Kazakhstan 2026” beynəlxalq sərgisini ziyarət edib, burada təqdim olunan qabaqcıl nəqliyyat-logistika həll və texnologiyaları ilə tanış olub.
Eyni zamanda, forum çərçivəsində ADY və AZCON rəhbər heyətlərinin “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti SC-nin İdarə Heyətinin sədri Eljas Otınşiyevlə görüşü keçirilib. Görüşdə iki ölkənin dəmir yolu şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi, Orta Dəhlizin inkişafı, tranzit daşımalarının həcminin artırılması və rəqəmsal həllərin tətbiqi imkanları müzakirə olunub.
Bundan başqa, ADY sədri Rövşən Rüstəmov “Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayevlə görüşüb. Müzakirələr dəmir yolu nəqliyyatı sahəsində regional əməkdaşlığın gücləndirilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin imkanlarından daha səmərəli istifadə və yükdaşımalar üzrə koordinasiyanın təkmilləşdirilməsi kimi məsələləri əhatə edib.
Görüşlərdə Azərbaycan, Qazaxıstan və Özbəkistanın tranzit potensialının əlaqələndirilməsinin, dəmir yolu infrastrukturu və logistika xidmətlərinin inkişaf etdirilməsinin, eləcə də rəqəmsal məlumat mübadiləsinin təkmilləşdirilməsinin regional nəqliyyat bağlantılarının gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
-
Rəsmi xronika15:08Prezident Latviya Prezidentini təbrik etdi
-
Nida Xəbər 14:37ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
-
Nida Xəbər 14:31Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar
-
Elm və təhsil13:40“Diplom varsa, avtomatik biliklər də var” - Nazir bu yanaşmanı tənqid etdi
-
İdman12:33Məşhur model futbolçunu "ovlamaq" üçün hər yola əl atdı, amma... - FOTO
-
Elm və təhsil12:27Emin Əmrullayevin oğlu deyilmiş? - Uşaq özü HƏQİQƏTİ AÇIQLADI - VİDEO
-
Nida Xəbər 11:33Muxtar Maniyevin oğlu vəzifədən azad edildi
-
Sosial11:18Prezidentin qızı və gəlini konsertdə - FOTOLAR







































