Sosial
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilidi - FOTO
Bakı şəhərində MDB dövlətlərinin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasının 39-cu iclası çərçivəsində “Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib.
Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev bu görüşün ölkələrimiz üçün getdikcə daha vacib olan bir mövzunu - aktiv və sağlam yaşlanmanı araşdırmaq, birgə müzakirə aparmaq imkanı yaratdığını qeyd edib.
O, yaşlı insanlarla bağlı sosial dəstək mexanizmlərinin də təkmilləşməsinin, onlarla bağlı sosial xidmətlərin fərdi ehtiyaclara uyğun daha effektiv və məqsədəuyğun təşkilinin prioritet önəm kəsb etdiyini bildirib. Habelə peşəkar fəaliyyətlərini davam etdirmək, yeni bacarıqlar öyrənmək istəyən yaşlı nəsillə bağlı müvafiq fəaliyyət sahələrində təkmilləşmələrin aparılmasının əhəmiyyəti qeyd edilib.
Dəyirmi masanın qeyd edilən sahələrdə müzakirələrin, fikir mübadilələrinin aparılması, MDB ölkələrinin təcrübələrinin öyrənilməsi və faydalı təcrübə mübadiləsi üçün əlverişli platforma olduğu vurğulanıb.
Sonra MDB İcraiyyə Komitəsinin nümayəndəsi Olqa Kremskaya MDB Baş katibi Sergey Lebedevin tədbir üçün açılış nitqini səsləndirib.
Tədbirdə MDB Dövlətlərarası Statistika Komitəsi, MDB dövlətlərinin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurası Katibliyi, MDB dövlətlərinin əmək, məşğulluq və sosial müdafiə üzrə qurumlarının nümayəndələri tərəfindən “Demoqrafik dəyişiklik kontekstində sosial siyasət”, “Uzunömürlülük strategiyasının icrasında həyat keyfiyyətinə diqqət”, “Fəal və sağlam yaşlanma, sosial innovasiyalar” və s. mövzularda çıxışlar edilib.
MDB dövlətlərində yaşlı insanlarla bağlı sosial xidmətlər sisteminə, bu sahədə yeni yanaşmaların tətbiqi istiqamətində görülən işlərə, təhlillərə dair məlumatlar verilib, mövzu ətrafında müzakirələr aparılıb.
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO































.png)

















