Sosial
Bakının bu rayonunda 30 bina söküləcək
“Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur”.
Publika.az Baku.ws-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, söküntü işləri əsasən Səməd Vurğun, Bülbül, Şamil Əzizbəyov, Mirzə İbrahimov, Cəlil Məmmədquluzadə və Sabit Rəhman küçələrini əhatə edəcək:
“Sökülməsi planlaşdırılan binaların texniki vəziyyəti ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq aktlar tərtib edilib. Həmin sənədlərdə binaların qəzalı vəziyyətdə olduğu və orada yaşamağın sakinlərin təhlükəsizliyi baxımından risk yaratdığı qeyd olunub.
Həyata keçiriləcək işlər söküntü ilə məhdudlaşmayacaq. Bəzi sahələrdə dövlət vəsaiti hesabına abadlıq işlərinin aparılması, parkların salınması və yol infrastrukturunun yaxşılaşdırılması nəzərdə tutulur. İnvestisiya layihələrinin həyata keçiriləcəyi ərazilərdə isə köhnə binaların yerində yeni yaşayış binaları inşa ediləcək.
Tikinti müddətində vətəndaşların kirayə xərclərinin qarşılanması üçün kompensasiya ödənilməsi də nəzərdə tutulur. Yeni binalar hazır olduqdan sonra sakinlərə həmin binalarda mənzillər veriləcək”.
AQC sədri əlavə edib ki, kompensasiyanın məbləği ərazinin yerləşməsindən, daşınmaz əmlakın dəyərindən və layihənin şərtlərindən asılı olacaq:
“İlkin qiymətləndirmələrə əsasən, bəzi ərazilərdə kompensasiyanın məbləğinin hər kvadratmetr üçün təxminən 2 000-3 000 manat civarında olması gözlənilir. Daha az mərkəzi ərazilərdə və yeni yaşayış binasının tikintisi üçün əlverişli hesab edilməyən sahələrdə isə məbləğ təxminən 2 000-2 500 manat arasında dəyişir. Bununla belə, konkret rəqəmlər bəzi ünvanlar üzrə qiymətləndirmə işləri aparıldıqdan sonra müəyyənləşdiriləcək.
Digər diqqətçəkən məsələ Nəsimi rayonunda, Mirəli Qaşqay 34 ünvanında yerləşən və 50-dən çox ailənin yaşadığı məcburi köçkünlərə aid evlərlə bağlıdır. Həmin ərazi üzrə sənədləşmə və inventarizasiya işləri aparılıb, prosesə başlanılıb”.
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO









.jpg)






























