Sosial
Narkotik istifadəçilərinin ən çox olduğu şəhərlər bəlli oldu - SİYAHI
Azərbaycanda şəhər və rayonlar üzrə qeydiyyatda olan narkotik istifadəçilərinin sayında artım dinamikası müşahid olunur.
Publika.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Narkomaniya ilə mübarizədə media və vətəndaş cəmiyyətinin rolu” mövzusunda maarifləndirici təlimdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov deyib.
Şahin İsmayılov bildirib ki, ölkə üzrə qeydiyyatda olan narkotik istifadəçilərinin ümumi sayı 2024-cü ildəki 40 490 nəfərdən 2025-ci ildə 42 624 nəfərə yüksəlib ki, bu da 2 134 nəfərlik (+5.27%) artım deməkdir.
İllik müqayisəli statistikaya əsasən, əsas şəhər və rayonlar üzrə göstəricilər aşağıdakı kimi dəyişib:
Bakı şəhəri: 12 850 nəfərdən 13 686 nəfərə yüksəlib (+836);
Sumqayıt şəhəri: 3 891 nəfərdən 3 937 nəfərə yüksəlib (+46);
Lənkəran şəhəri: 3 065 nəfərdən 3 139 nəfərə yüksəlib (+74);
Şirvan şəhəri: 1 379 nəfərdən 1 450 nəfərə yüksəlib (+71);
Gəncə şəhəri: 1 354 nəfərdən 1 414 nəfərə yüksəlib (+60);
Abşeron rayonu: 1 356 nəfərdən 1 410 nəfərə yüksəlib (+54);
Salyan rayonu: 1 302 nəfərdən 1 334 nəfərə yüksəlib (+32);
Cəlilabad rayonu: 875 nəfərdən 899 nəfərə yüksəlib (+24);
Yevlax şəhəri: 844 nəfərdən 883 nəfərə yüksəlib (+39);
Digər rayon və şəhərlər: 13 574 nəfərdən 14 472 nəfərə yüksəlib (+898).
Qeyd edək ki, qeydiyyatda olan 42 624 nəfər istifadəçidən 19 877-si opioid, 9 362-si kannabinoid, 13 385-i isə eyni zamanda bir neçə narkotik maddə qəbul edənlərdir.
Akqabay Mıradov
-
Rəsmi xronika10:22İlham Əliyev onlara müraciət ünvanladı
-
Nida Xəbər 10:06Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi
-
Dünya09:30Daha bir ölkədə etirazçılarla polis toqquşdu: Prezidentin istefasını tələb edirlər
-
Region08:49Nüvə müharibəsi ilə bağlı təcili xəbərdarlıq - 24 saat ərzində…
-
Cənubi Qafqaz03:44İrəvanda gecə toplantısı: 12 siyasi qüvvə Paşinyana qarşı birləşdi
-
Qoroskop00:45Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...
-
Sosial4 Noyabr 23:35Bir sıra sosial ödənişlərin məbləği artırılır - Video
-
Hadisə4 Noyabr 21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı







.jpg)























