Sosial
“Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirildi - FOTO
Noyabrın 12-də Nizami Kino Mərkəzində Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” (“Steps in Silence”) tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, rəsmilər və mədəniyyət xadimləri iştirak ediblər.
Nümayişdən öncə məlumat verilib ki, rejissor Fariz Əhmədovun ekranlaşdırdığı film Qarabağda və işğaldan azad edilmiş digər ərazilərdə aparılan minatəmizləmə prosesini, bu təhlükəli missiyanı həyata keçirən qadın minaaxtaranların həyat və fəaliyyətini əks etdirir. Bir qadın minaaxtaranın həyat hekayəsi əsasında qurulan ekran əsərində xüsusi minaaxtaran qrupunun üzvü olan xanımların peşə fəaliyyəti, qarşılaşdıqları çətinliklər, eləcə də ailə həyatları və gündəlik qayğıları təqdim olunur.
Bildirilib ki, “Sükut içində addımlar” filmi artıq beynəlxalq festivallarda uğur qazanıb. Avropanın aparıcı kino tədbirlərindən olan 66-cı Krakov Film Festivalının müsabiqə proqramında dünya premyerası keçirilən ekran əsəri “Ən yaxşı təsvir həlli” mükafatına layiq görülüb.
Bundan əlavə, film Polşanın Qdınya şəhərində keçirilən “NNW” Beynəlxalq Film Festivalında “Münsiflər heyətinin xüsusi qeydi” mükafatını qazanıb, Rumıniyada təşkil olunan “Astra Film Festivalı”nda beynəlxalq auditoriyaya təqdim edilib.
Filmin beynəlxalq festivallarda nümayişi və qazandığı mükafatlar ekran əsərində əks olunan hekayənin daha geniş auditoriyaya çatdırılmasına, Azərbaycan kinosunun beynəlxalq səviyyədə tanıdılmasına töhfə verir.
Sonra film nümayiş olunub, tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Nümayişdən sonra ekran əsərinin yaradıcı heyəti səhnəyə dəvət olunub. Onlar filmin çəkiliş prosesindən danışıblar.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi və Polşa Kino İnstitutunun maliyyə dəstəyi ilə Bakı Media Mərkəzi, “Drygas Film Production” və Polşa Televiziyasının birgə istehsalı olan filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, ko-prodüseri Vita Jelakeviçut (Polşa), prodüseri Orman Əliyevdir. Ssenari müəllifləri Fariz Əhmədov və İsmayıl İman, quruluşçu operatoru Mateuş Çuxnovski, redaktoru Rasim İsmayılov, kreativ prodüserləri isə Maçey Driqas (Polşa) və Tahir Əliyevdir.
-
Sosial14:21Bakıda baş redaktor həbs edildi - FOTO
-
Region12:54İranın üçdə biri qazsız qalıb: Nazir müavini ağır günlərin olacağını bildirdi
-
Elm və təhsil12:36Müəllimlərin orta aylıq maaşı açıqlandı
-
Elm və təhsil11:54Təhsilə 5 milyard ayrılır: Hansı sahələrə yönəldiləcək?
-
Əmlak10:57MİDA güzəştli mənzilləri satışa çıxarır
-
Dünya10:42Trampdan İsraillə bağlı iddialı açıqlama: Baş nazir ola bilərəm
-
İdman10:30Ermənistanın oyununda Azərbaycana qarşı təxribat - UEFA cəza verəcək?
-
Nida Xəbər 10:05DTX-dən böyük əməliyyat: Kriminal şəbəkənin rəhbəri tutuldu - FOTO









.jpg)

.jpg)























