Sosial
"Yanımda sevgilisi Məlahətlə danışıb və onun çılpaq şəkillərini mənə göstərib"
Bakının Xəzər rayonunda 33 yaşlı kişi yetkinlik yaşına çatmayan baldızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunub.
Publika.az Demokrat.az-a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Nihad 2021-ci ilin iyun ayının ortalarından 2025-ci il mayın 26-dək həyat yoldaşı Səbinə ilə birgə yaşadığı Binə qəsəbəsi, Bakavtomat yolu küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində, daha sonra isə qayınanası Xalidəyə məxsus Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evində yetkinlik yaşına çatmayan baldızı Firəngizə (adlar şərtidir – red.) qarşı mütəmadi olaraq seksual xarakterli zorakılıq hərəkətləri törədib.
İstintaq sənədlərinə görə, Nihad ilk dəfə 2021-ci ilin iyun ayının ortalarında Firəngizin evdə tək olduğu vaxt ona yaxınlaşıb. O, qızı öpüb, daha sonra əli ilə paltarının üstündən seksual xarakterli hərəkətlər edib.
Nihad Firəngizin baş verənləri tam anlamadığını bilərək bu barədə heç kimə məlumat verməməsini tələb edib, dediklərinə əməl etmədiyi halda onu döyəcəyi ilə hədələyib. Bundan bir neçə gün sonra da evdə tək olduqları vaxt hərəkətlərini təkrarlayıb.
Daha sonra Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən evə köçən Nihad burada da Firəngizin evdə tək qalmasından istifadə edərək qanunsuz əməllərini davam etdirib.
İttihama görə, Nihad bu hərəkətlərini 2025-ci ilin may ayınadək davam etdirib. Sonuncu dəfə 2025-ci il mayın 26-da qızı valideynlərinə məlumat verməməsi üçün hədələyərək psixi təsir göstərib və onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.
Nihad barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə – on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmə ittihamı irəli sürülüb.
İş üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Firəngizin sözlərinə görə, o, orta məktəbin 7-ci sinif şagirdidir və 14 yaşı var. O bildirib ki, bacısı Səbinə Nihadla 7 il əvvəl ailə həyatı qurub.
"Yeznəm 2021-ci ildən, yəni 10 yaşım olanda mənimlə yaxınlıq qurmağa başladı. Həmin ilin iyun ayının təxminən ortalarında, 10 yaşım olan vaxt bacımın həyat yoldaşının evində ikimizdən başqa heç kimin olmadığı zaman mənə yaxınlaşaraq məni öpməyə başladı. Mən nə baş verdiyini anlamasam da, onu itələdim. Nihad isə müqavimətimə məhəl qoymayaraq yenidən mənə yaxınlaşdı və məni öpməyə davam etdi. Həmin gün Nihad bədənimin müxtəlif nahiyələrindən öpərək mənə qarşı seksual xarakterli hərəkətlər etdi. Həmin vaxt onun hərəkətlərinə anlam verə bilmədim və bu mənə pis təsir etdi", – deyə zərərçəkmiş bildirib.
Firəngiz qeyd edib ki, hadisədən sonra bacısının evinə gedib və yeznəsinin hərəkətləri barədə heç kimə məlumat verməyib:
"Bu hadisədən bir neçə gün sonra bacım məni evinə çağırdı ki, ona ev işlərində köməklik edim. Lakin Səbinənin işi çıxdığı üçün evdən getdi. Mən yenə Nihadla evdə tək qaldım. Evdə tək olmağımdan istifadə edən Nihad yenidən məni öpməyə başladı. Bu dəfə qolumdan tutaraq məni yataq otağına apardı. Mənə qarşı seksual xarakterli hərəkətlər etdi. Mən bütün bu müddət ərzində Nihadı itələməyə, ona müqavimət göstərməyə çalışdım. Sonra məndən bu barədə heç kimə heç nə deməməyi tələb etdi. Etiraz etdikdə isə məni şillə ilə vurdu və bildirdi ki, bu barədə kiməsə nəsə desəm, məni öldürəcək. Mən də qorxdum və buna görə heç kimə bir söz demədim".
Zərərçəkmişin sözlərinə görə, daha sonra Nihad bacısı ilə birlikdə yaşadığı evi satıb və qayınanasının evinə köçüb:
"Bundan sonra Nihad mənə daha da yaxın oldu və evdə tək olduğumuz vaxtlar, təqribən iki gündən bir, mənə qarşı seksual xarakterli hərəkətlər etməyə başladı. Lakin bu hərəkətlərin heç birində cinsi əlaqədə olmadı, digər hərəkətləri etdi. Hər dəfə müqavimət göstərdiyim zaman Nihad məni vuraraq itələdi, saçımdan tutdu. 11 yaşım tamam olduqdan sonra isə qeyri-təbii yolla cinsi əlaqədə olmağa başladı. Hətta bu hadisədən sonra ardıcıl iki ay menstruasiya qanaxmalarım olmadı. Bunu Nihad bildiyi zaman məndən pilləkənlərdən atlanmağımı tələb etdi. Səbəbini soruşduqda isə heç nə demədi. Mən Nihaddan qorxduğum üçün onun dediklərini etdim. Bundan sonrakı günlərdə menstruasiya qanaxmalarım normallaşdı. Lakin əvvəlkindən daha çox və laxtalı şəkildə gəlməyə başladı. Bütün bu müddət ərzində Nihadın mənimlə etdiyi seksual xarakterli hərəkətlərin və cinsi əlaqənin mahiyyətini anlamamışam. Sadəcə qorxduğum üçün ona tabe olaraq heç kimə məlumat verməmişəm".
Firəngiz bildirib ki, Nihadın onunla iradəsinə zidd olaraq qeyri-təbii yolla cinsi əlaqədə olması barədə anasına məlumat verəcəyini deyib. Bu zaman Nihad əvvəlcə ona anasının onsuz da bundan xəbərdar olduğunu bildirib:
"Daha sonrakı dövrdə anama deməyə cəhd göstərdiyim zaman məni döyərək buna mane oldu. 12 yaşım tamam olduqdan sonra Nihadın mənə qarşı etdiyi seksual xarakterli hərəkətlərin mahiyyətini qavramağa başladım. Nihad mənim yanımda pornoqrafik səhnələrə baxıb, hətta məni də baxmağa məcbur edib. Mənim yanımda sevgilisi Məlahətlə danışıb və onun çılpaq şəkillərini mənə göstərib. 13 yaşım tamam olduqdan sonra isə Nihad məndən nə vaxtsa hamilə qalıb-qalmadığımı soruşub. Mən bilmədiyimi, qanaxmalarımın vaxtında olduğunu bildirmişəm. O isə mənə iki il əvvəl hamilə qaldığımı, bu səbəbdən pilləkənlərdən atlandığımı deyib. Mən bundan sonra cinsi əlaqə nəticəsində hamilə qalma ehtimalının olduğunu dərk etmişəm".
Firəngizin sözlərinə görə, sonuncu dəfə 2025-ci il mayın 26-da Nihad onunla iradəsinə zidd olaraq qeyri-təbii yolla cinsi əlaqədə olub. O bildirib ki, həmin gün gecə saat 01 radələrində evdən qaçıb və səhər saat 05 radələrində geri qayıdıb.
İş üzrə şahid qismində ifadə verən Xalidə bildirib ki, Nihadın Firəngizə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsindən 2025-ci ilin iyun ayının sonlarında xəbər tutub.
Onun sözlərinə görə, həmin dövrdə Nihadla evli olan qızı Səbinə boşanmaq istəyib. Xalidə qeyd edib ki, Nihad qızına qarşı şiddət göstərib, onu vurub və döydüyü üçün Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə ərizə yazıblar.
Xalidənin ifadəsinə görə, Nihad Səbinə ilə evli olduğu müddətdə qonşusu Məlahətlə də münasibətdə olub.
İş üzrə izahat verən Nihad isə ittihamları qəbul etməyib və özünü təqsirli bilməyib.
O bildirib ki, əvvəl Səbinə ilə birlikdə özünə məxsus evdə yaşayıb, daha sonra qayınanasının evinə köçüblər:
"Təxminən 1 il 6 ay qayınanamgilin evində yaşadım. Psixoloji olaraq gərgin vəziyyətdə idim və bu səbəbdən aramızda baş verən mübahisələr nəticəsində Səbinə ilə münasibətlərim pozuldu. Səbinənin lezbiyan olması barədə heç nə deyə bilmərəm. Onun cinsi seçimləri barədə ifadəmdə nə bildirdiyimi xatırlamıram".
Təqsirləndirilən şəxs Firəngizə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmədiyini bildirib:
"Firəngiz ya qorxudulub, ya da başqa səbəbdən mənim ona qarşı zorakılıq hərəkətləri etdiyimi iddia edib. Yalnız Məlahətlə sevgili olmağım həqiqətdir. Digər hissələri təkzib edirəm. Qısqanclıq zəminində məni şərləyib, üzərimə böhtan atıblar".
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nihad 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.
Hökmdən məhkum Nihadın müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Şikayətdə hökmün ləğv edilməsi və məhkum barəsində bəraət hökmünün çıxarılması xahiş olunub.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.
-
Sosial15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır
-
Sosial14:21Bakıda baş redaktor həbs edildi - FOTO
-
Region12:54İranın üçdə biri qazsız qalıb: Nazir müavini ağır günlərin olacağını bildirdi
-
Elm və təhsil12:36Müəllimlərin orta aylıq maaşı açıqlandı
-
Elm və təhsil11:54Təhsilə 5 milyard ayrılır: Hansı sahələrə yönəldiləcək?
-
Əmlak10:57MİDA güzəştli mənzilləri satışa çıxarır
-
Dünya10:42Trampdan İsraillə bağlı iddialı açıqlama: Baş nazir ola bilərəm









.jpg)























