Sosial
ƏƏSMN “Araz” supermarketlər şəbəkəsini mükafatlandırdı
Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumunda iki nominasiya üzrə mükafata layiq görülüb.
Publika.az xəbər verir ki, şirkət “Gənclərin məşğulluğunun təminatına verdiyi mühüm töhfəyə görə” və “Qadınların məşğulluğunun təminatına verdiyi mühüm töhfəyə görə” nominasiyaları üzrə təltif edilib.
Ölkəmizdə ilk dəfə təşkil olunan forumun əsas məqsədi dövlət qurumları ilə özəl sektor arasında məşğulluq sahəsində əməkdaşlığı gücləndirmək, əmək bazarının aktual məsələlərini müzakirə etmək, yeni tərəfdaşlıq imkanları yaratmaq və biznes subyektlərinin dövlət dəstəyi mexanizmləri barədə məlumatlılığını artırmaq olub.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ölkədə həyata keçirilən sosial islahatlar, məşğulluq siyasətinin inkişafı və işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
“Araz” supermarketlər şəbəkəsinin iki nominasiya üzrə təltif edilməsi şirkətin gənclərin və qadınların məşğulluğunun dəstəklənməsi istiqamətində fəaliyyətinin qiymətləndirilməsinin göstəricisidir. Şirkət sosial məsuliyyət prinsiplərinə əsaslanaraq müxtəlif sosial qruplar üçün məşğulluq imkanlarının genişləndirilməsinə, gənclərin əmək bazarına inteqrasiyasına və qadınların məşğulluğunun təşviqinə xüsusi önəm verir. Şirkət bu istiqamətdə fəaliyyətini davam etdirərək inklüziv iş mühitinin formalaşdırılmasına və bərabər məşğulluq imkanlarının dəstəklənməsinə töhfə verməyi hədəfləyir.
-
Elm və təhsil10:40Rektor təyin olunan Məleykə Abbaszadədən ilk açıqlama: “Böyük vədlərlə başlamaq istəməzdim”
-
Yaxın Şərq10:28NATO Türkiyənin təhlükəsizliyini təmin edə bilmədi - Fidandan vacib açıqlama
-
Rəsmi xronika10:20Əliyev Vyetnamın Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Nida Xəbər 10:13“Atlant”ın rəhbəri öldü - FOTO
-
Nida Xəbər 09:30Keçmiş nazirə yeni vəzifə verildi - FOTO
-
Rəsmi xronika09:15İlham Əliyev Vyetnamın Baş naziri ilə görüşdü - FOTO
-
İdman09:00Ən çox maaş alan MLS oyunçuları - Beşlikdə kimlər var?
-
Avropa08:36Ukrayna üçün kritik saatlar - 60-dək qanadlı raketlə zərbə endirilə bilər






.jpg)















.png)

.jpg)











.png)
