Sosial
FHN-in yüksək nəticələr əldə etmiş idmançıları ilə görüş keçirildi
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun akt zalında karate üzrə beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüş keçirilib.
Publika.az xəbər verir ki, oktyabrın 31-dən noyabrın 1-dək Bolqarıstanın paytaxtı Sofiya şəhərində şotokan karate üslubu üzrə Avropa çempionatı təşkil olunub. 13 ölkədən 500-ə yaxın idmançının iştirak etdiyi yarışda Azərbaycan Karate Federasiyasının milli yığma komandasının və FHN-in “Budokan” karate klubunun təmsilçiləri müxtəlif yaş kateqoriyalarında mübarizə aparıblar. Çempionatda klubun idmançıları 4 bürünc medal qazanıblar.
Həmçinin, noyabrın 14-15-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Dünya Karate Federasiyasının (WKF) təşkilatçılığı ilə “Tbilisi Open-2026” beynəlxalq turniri keçirilib. 7 ölkədən 600-ə yaxın idmançının qatıldığı yarışda Azərbaycan Karate Federasiyasının yeniyetmələr, gənclər və böyüklərdən ibarət təmsilçiləri də qüvvələrini sınayıblar. Turnirdə FHN-in “Budokan” karate klubunun müvafiq yaş qrupları üzrə yığma komandaların üzvləri müxtəlif çəki dərəcələrində 3 qızıl, 2 gümüş və 4 bürünc medal əldə ediblər.
FHN-in İdman-sağlamlıq klubunun rəisi, Azərbaycan Karate Federasiyasının vitse-prezidenti, karate üzrə ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi polkovnik Füzuli Musayev medalçılar və onların məşqçi-müəllimləri ilə görüşərək idmançıları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.
Görüşdə qazanılmış nailiyyətlərin əhəmiyyətindən danışılıb, medalçılara qiymətli hədiyyələr təqdim olunub.
-
Nida Xəbər 11:21Media müsabiqələrində YENİLİK
-
Elm və təhsil10:40Rektor təyin olunan Məleykə Abbaszadədən ilk açıqlama: “Böyük vədlərlə başlamaq istəməzdim”
-
Yaxın Şərq10:28NATO Türkiyənin təhlükəsizliyini təmin edə bilmədi - Fidandan vacib açıqlama
-
Rəsmi xronika10:20Əliyev Vyetnamın Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Nida Xəbər 10:13“Atlant”ın rəhbəri öldü - FOTO
-
Nida Xəbər 09:30Keçmiş nazirə yeni vəzifə verildi - FOTO
-
Rəsmi xronika09:15İlham Əliyev Vyetnamın Baş naziri ilə görüşdü - FOTO
-
İdman09:00Ən çox maaş alan MLS oyunçuları - Beşlikdə kimlər var?






.jpg)

.jpg)













.png)

.jpg)











.png)
