Sosial
“Trendyol”da “Əfsanə günlər” başlayır
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri “Trendyol” noyabr ayının səbirsizliklə gözlənilən alış-veriş mövsümündə “Əfsanə günlər” kampaniyasını təqdim edir.
22-28 noyabr tarixlərini əhatə edəcək kampaniya müddətində “Trendyol”un Azərbaycandakı istifadəçiləri “NOYABR25” promo kodu ilə 25 faiz (maksimum 20 AZN-ə qədər) endirimdən faydalana biləcəklər.
Kampaniya çərçivəsində dəb, kosmetika və ev kateqoriyaları üzrə geniş məhsul çeşidi sərfəli qiymətlərlə təqdim olunacaq. Qış qarderobunun əsas elementlərindən dəbli geyimlərə, ayaqqabı və aksesuarlardan baxım vasitələrinə, kosmetikadan ev dekorasiyası və mətbəx ləvazimatlarınadək bir çox məhsul istifadəçilərə təklif ediləcək. Bundan əlavə, təmizlik və şəxsi gigiyena məhsullarını da endirimli qiymətlərlə almaq mümkün olacaq.
“Əfsanə günlər”in fürsətləri bununla bitmir. Müxtəlif məhsullara 60 faizədək endirimlər, səbətdə özəl kuponlar tətbiq olunacaq. Alış-veriş həvəskarları kupon və endirim kodlarından istədikləri məhsullarda istifadə edə biləcəklər.
Kampaniya müddətində alış-veriş təcrübəsini daha sərfəli etmək istəyən istifadəçilər “Trendyol Plus” abunəliyinin imkanlarından da faydalana bilərlər. Azərbaycanda bu abunəliyin ilk ayını cəmi 1 AZN ödəməklə aktivləşdirmək mümkündür. Sonrakı aylarda isə xidmətin aylıq haqqı 5,49 AZN təşkil edir. “Trendyol Plus” üzvlərinə hər ay 10 ödənişsiz çatdırılma fürsəti, həmçinin yalnız abunəçilər üçün nəzərdə tutulan eksklüziv endirimlər təklif olunur.
“Trendyol”, “Bu noyabr da hər kəs Trendyolda” konsepti ilə 12 milyondan çox məhsula xüsusi endirimlər təqdim edir.
-
Nida Xəbər 11:21Media müsabiqələrində YENİLİK
-
Elm və təhsil10:40Rektor təyin olunan Məleykə Abbaszadədən ilk açıqlama: “Böyük vədlərlə başlamaq istəməzdim”
-
Yaxın Şərq10:28NATO Türkiyənin təhlükəsizliyini təmin edə bilmədi - Fidandan vacib açıqlama
-
Rəsmi xronika10:20Əliyev Vyetnamın Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Nida Xəbər 10:13“Atlant”ın rəhbəri öldü - FOTO
-
Nida Xəbər 09:30Keçmiş nazirə yeni vəzifə verildi - FOTO
-
Rəsmi xronika09:15İlham Əliyev Vyetnamın Baş naziri ilə görüşdü - FOTO
-
İdman09:00Ən çox maaş alan MLS oyunçuları - Beşlikdə kimlər var?








.jpg)

.jpg)












.png)













.png)
