Məxfi görüşün ŞOK DETALLARI: Sarkisyanın vəzifəsi donduruldu, Karapetyan isə...
Bizi izləyin

Cənubi Qafqaz

Məxfi görüşün ŞOK DETALLARI: Sarkisyanın vəzifəsi donduruldu, Karapetyan isə...

Bu gün Ermənistan prezidentinin iqamətgahında baş nazir Serj Sarkisyan, prezident Armen Sarkisyan, baş nazirin müavini Karen Karapetyan və parlament sədri Ara Babloyanın iştirakı ilə fövqəladə müşavirə keçirilib.

Publika.az
xəbər verir ki, bu müşavirədən sonra Karen Karapetyanın etirazçıların lideri Nikol Paşinyanla danışıqlara getməsi qərarı verilib.

Ermənistan mediası yazır ki, Karapetyan faktiki olaraq baş nazir kimi hərəkət edir.

Diplomatik mənbələrin məlumatına görə, müşavirədə Sarkisyanın baş nazir kimi hərəkət etməsinin təhlükəli olduğu, Karapetyanın müvəqqəti olaraq onu əvəz etməsi qərarı verilib.

“Lragir” saytı yazır ki, Karapetyan Paşinyana “Yol xəritəsi” aparacaq. Bu “Yol xəritəsi”ndə ölkədəki dəyişikliklər yer alır.

Sayt həmçinin, diplomatik mənbələrə istinadən Sarkisyanın baş nazir vəzifəsini müvəqqəti də olsa dondurduğunu qeyd edir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm