Paşinyan parlamenti HƏDƏLƏDİ: “Karapetyana səs versəniz…”
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan parlamenti HƏDƏLƏDİ: “Karapetyana səs versəniz…”

Ermənistanın Respublika Partiyası və ya parlament baş nazir seçkilərində Karen Karapetyanın namizədliyinə səs verərsə, indiki siyasi böhran davam edəcək.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda müxalifətin lideri, deputat Nikol Paşinyan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hakim Respublika Partiyası azad və ədalətli seçkiləri keçirmək vəziyyətində olmadığını artıq göstərib.

“Bizdə zəmanət olmalıdır ki, gözlənən növbədənkənar seçkilər azad və ədalətli olacaq. Əgər seçkiləri Respublika Partiyası təşkil edirsə, onda bununla böhran həll edilməyəcək”, - Paşinyan deyib.

O vurğulayıb ki, onun ümidi xalqdır: “Xalqın kütləvi təzyiqi olarsa, onda Respublika Partiyası reallığı nəzərə almalı olacaq. Əks halda, nəyəsə ümid edə bilməyəcəyəm”.

Qeyd edək ki, İrəvanda kütləvi etiraz aksiyalarına ikigünlük fasilə veriləcək. Bu gün ölkənin ikinci böyük şəhəri olan Gümrüdə, aprelin 28-də isə ölkənin üçüncü böyük şəhəri Vanadzorda mitinqlərin keçirilməsi nəzərdə tutulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm