Cənubi Qafqaz
“Buna ehtiyacımız var” - Paşinyan müharibəyə HAZIRLAŞIR?
“Ermənistan hərbi xərclərin artımına ehtiyac duyur”.
Publika.az xəbər verir ki, bunu Ermənistan müxalifətinin lideri, “Yelk” parlament fraksiyasının başçısı, baş nazir postuna yeganə namizəd Nikol Paşinyan parlamentdə baş nazir seçkiləri üzrə keçirilən xüsusi iclasda çıxışı zamanı bildirib.
“Ermənistanda hərbi xərclər regiondakı vəziyyətlə adekvat olmalıdır. Hesab edirəm ki, indi Ermənistan hərbi xərclərin artımına ehtiyac duyur və biz bunu büdcə daxilolmaların artması ilə paralel edə biləcəyik”, - Paşinyan deyib.
Qeyd edək ki, Paşinyan baş nazir postuna yeganə namizəddir. Parlamentin iki başqa fraksiyası “Çarukyan” və “Daşnakstyun” onu dəstəkləyir. Üç fraksiya birlikdə 47 mandata sahibdir. Paşinyanın seçilməsi üçün isə ən azı 53 səsə ehtiyac var. Beləliklə, baş nazirin seçilməsi üçün hakim Respublika Partiyasından (parlamentdə 58 yerə malikdir –red.) ən azı 6 deputatın səsi tələb olunur.
Qeyd edək ki, 2018-ci il büdcə qanunu ilə Ermənistan müdafiə sahəsinin xərcləri 247 milyard dram (874 milyon 120 min 807 AZN) təşkil edir.
Asif
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO

























.jpg)










.jpg)

.jpg)